Bu il daha 4 yolun - Məhəmməd Xiyabani–Dairəvi-1, M-4–Xırdalan (mərkəz) tunel, Xırdalan dairəsi, Əbdülvahab Salamzadə–Ziya Bünyadov yollarının tikintisinin başlaması nəzərdə tutulub.
Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, yol infrastrukturu ilə bağlı dörd yolun tikintisi davam edir, daha dörd layihə üzrə işlərə başlanılacaq:
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda qeyd edilən avtomobil yolları üzrə layihələrdən 25-i yol infrastrukturunun tikintisi ilə əlaqədardır.
Hazırda bu layihələrdən dördünün (Bilgəh–Novxanı–VAZ dairəsi–Xırdalan–M-4; Akademik Həsən Əliyev–"Koroğlu" metrostandiyası; Xaqani Rüstəmov–Ağa Nemətulla; VAZ dairəsi–M4 Şamaxı yolu) tikintisi icra edilir.
Bu il daha 4 yolun tikintisinin başlaması nəzərdə tutulub. Söhbət Məhəmməd Xiyabani–Dairəvi-1; M-4–Xırdalan (mərkəz) tunel; Xırdalan dairəsi; Əbdülvahab Salamzadə–Ziya Bünyadov yollarından gedir".
Bizim.Media




































































































