DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT

Hazırda oxunan: DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT

593118

"Meteoroloji proqnozlara əsasən, bu gün ölkənin bir sıra bölgələrində intensiv yağıntıların müşahidə ediləcəyi, bəzi ərazilərdə qar yağacağı gözlənilir. Qeyd olunan əlverişsiz hava şərtləri yollarda sürüşmə ehtimalını artıra, hərəkəti əhəmiyyətli dərəcədə çətinləşdirə bilər".

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Qeyd olunub ki, BDYPİ edilən xəbərdarlığı nəzərə alaraq, sürücü və piyadaları diqqətli və ehtiyatlı olmağa çağırır:

"Unutmayaq ki, hərəkət zamanı sürət həddi yol və hava şəraitinə uyğun seçilməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsizlik üçün yetərli qədər ara məsafəsi saxlanılmalıdır.
 

Kəskin manevrlər, təhkükəli ötmə əməliyyatları aparmaq yolverilməzdir. Eyni zamanda avtomobillərin texniki vəziyyətinə, xüsusilə təkərlərin mövsümə uyğun şinlərlə təchizatına, əyləc və işıq sistemlərinin sazlığına diqqət yetirilməlidir.


Unutmayaq ki, hava şəraitindən asılı olmayaraq, yol hərəkəti təhlükəsizliyi hər birimizin birbaşa məsuliyyətidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin