Müğənni Qriqori Lepsin 19 yaşlı nişanlısı Avrora Kiba ifaçı ilə ayrıldıqlarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Kiba özünün “Telegram” kanalında yazıb.
“Ola biləcək şayiə, söz-söhbət və yalan iddiaları qabaqlayaraq bildirirəm ki, biz artıq rəsmi olaraq cütlük deyilik”, — deyə o yazıb.
Kiba qeyd edib ki, birlikdə olduqları müddətdə münasibətlərində çoxlu “xoş, səmimi və yaxşı” anlar yaşanıb və bu münasibət “minnətdarlıq və qarşılıqlı hörmət ilə” başa çatır.
Onun sözlərinə görə, onlar Lepslə yaxın insanlar olaraq qalacaqlar, lakin hər biri həyat yoluna ayrıca davam etməyə hazırdır.
Qriqori Leps ilk dəfə Avrora Kiba ilə 2024-cü ildə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda ictimaiyyət qarşısına çıxıb. Daha sonra Kiba şəxsi bloqunda Rusiyanın Xalq artistinin ona hədiyyə etdiyi brilyant qaşlı üzüyün fotosunu paylaşıb.
Ötən ilin sentyabrında Qriqori Leps Avrora Kibanı həyat yoldaşı kimi təqdim etsə də, dekabr ayında cütlük toy mərasimini təxirə salıb. Kibanın sözlərinə görə, onlar bahalı bir toy planlaşdırıblar, lakin həmin vaxt bunu maliyyə baxımından reallaşdırmaq mümkün olmayıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:06 / 28.01.2026
Xalq artisti 19 yaşlı nişanlısından ayrıldı
Hazırda oxunan: Xalq artisti 19 yaşlı nişanlısından ayrıldı
Hazırda oxunan: Xalq artisti 19 yaşlı nişanlısından ayrıldı
593096
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































