Meyvə-tərəvəz niyə tez xarab olur? - Mətbəxdə edilən ən yayğın səhv

Hazırda oxunan: Meyvə-tərəvəz niyə tez xarab olur? - Mətbəxdə edilən ən yayğın səhv

593086

Meyvə və tərəvəzləri soyuducuda saxlamazdan əvvəl yumaq çürümə prosesini sürətləndirir. Bu qaydanın yeganə istisnası isə üzümdür.

Bizim.Media xəbər verir ki, bu barədə gigiyena üzrə ekspert, biologiya elmləri doktoru Nataliya Şeyina Gazeta.Ru-ya açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, meyvə və tərəvəzlər yuyulduqdan sonra onların səthində artıq nəm qalır ki, bu da məhsulların daha tez xarab olmasına səbəb olur.

Əgər tərəvəzlər çox çirklidirsə, onları yüngül şəkildə qurutmaq, fırça və ya quru parça ilə ehtiyatla təmizləmək olar. Lakin meyvə və tərəvəzlər yalnız istifadə olunmazdan əvvəl yuyulmalıdır. Üzüm isə yuyulduqdan sonra yaxşıca qurudulmalı və kağız torbada soyuducuda saxlanılmalıdır.

Mütəxəssis həmçinin meyvə və tərəvəzlərin ayrı-ayrı qablarda saxlanılmasının vacibliyini vurğulayıb. Çünki bir çox tərəvəz yetişmə prosesini sürətləndirən etilen qazı ifraz edir və bu da yaxınlıqda saxlanılan digər məhsulların tez xarab olmasına gətirib çıxarır.

Qeyd edilib ki, kök tərəvəzlərin - çuğundur, turp və yerkökünün baş hissəsi kəsilməlidir. Əks halda, tərəvəzlər daha tez xarab olur. Göyərti isə nəmi tez özünə çəkdiyi üçün soyuducuda polietilen torbada saxlanılmalıdır.

Bioloq əlavə edib ki, ekzotik meyvələr (banan, kivi və s.), eləcə də pomidor, qovun və balqabaq otaq temperaturunda saxlandıqda dadını və ətrini daha yaxşı qoruyur. Kartof və yerkökü isə sərin, quru və qaranlıq yerdə saxlanılmalıdır. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin