Xəbər verdiyimiz kimi, Zaur Məmmədsaleh oğlu Əliyev Kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib.
Bizim.Media yeni nazir müavinin dosyesini təqdim edir:
Zaur Əliyev bakalavr və magistr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə alıb, həmçinin Almaniyanın Vaynştefan Tətbiqi Elmlər Universitetində Biznesin təşkili və idarə edilməsi (kənd təsərrüfatı üzrə) ixtisası üzrə magistr təhsili alıb.
O, əmək fəaliyyəti dövründə beynəlxalq və yerli layihələrdə iştirak edərək kənd təsərrüfatı sahəsində layihələrin icrası və koordinasiyası üzrə praktiki təcrübə qazanıb. Dövlət qurumlarında və özəl sektorda rəhbər vəzifələrdə çalışıb, o cümlədən “Yalama Aqropark” MMC-də direktor, habelə “Garant Holding”də kənd təsərrüfatı layihələri üzrə menecer vəzifələrində fəaliyyət göstərib.
İngilis, alman və rus dillərini bilir. Ailəlidir, iki övladı var.
Bizim.Media


































































































