Zaur Əliyev və Seymur Səfərli kənd təsərrüfatı nazirinin müavini TƏYİN OLUNDU

Hazırda oxunan: Zaur Əliyev və Seymur Səfərli kənd təsərrüfatı nazirinin müavini TƏYİN OLUNDU

593006

Kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət başçısı müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Zaur Əliyev və Seymur Səfərli Məcnun Məmmədovun müavini təyin ediliblər.

Qeyd edək ki, bu təyinata qədər Zaur Əliyev nazir müşaviri, Seymur Səfərli isə Bitkiçiliyin təçkili və monitorinq şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Xatırladaq ki, Prezident İlham Əliyevin dünən imzaladığı Fərmanla "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də edilən dəyişikliyə əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.

Onu da qeyd edək ki, əldə etdiyimiz digər məlumata görə, Sarvan Cəfərov Kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad olunub.

Onun yaxın günlərdə başqa bir yüksək posta təyin olunacağı gözlənilir.

Qeyd edək ki, sözügedən təyinatlarla bağlı ilk xəbəri "modern.az" saytı yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin