Avtomobillərdən oğurluq edən şəxs kameraya düşdü – ANBAAN VİDEO

Hazırda oxunan: Avtomobillərdən oğurluq edən şəxs kameraya düşdü – ANBAAN VİDEO

593001

Paytaxtın Nəsimi rayonu ərazisində 4 avtomobildən içərisində pul, bank kartları, sənədlər olan çanta və pulqabıların, həmçinin mobil telefonun oğurlanması, beləcə zərərçəkənlərə ümumilikdə 2000 manata yaxın maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 40 yaşlı Səbuhi Mirzəyev saxlanılıb.

Araşdırma zamanı onun rayon ərazisindəki daha bir avtomobildən oğurluğa cəhd göstərməsi, həmçinin Abşeron rayonunda üç avtomobildən pul oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin