Novruzun ilk çərşənbəsi BU TARİXDƏ olacaq

Hazırda oxunan: Novruzun ilk çərşənbəsi BU TARİXDƏ olacaq

592966

Azərbaycanda 2026-cı il üçün Novruz çərşənbələrinin tarixləri məlum olub.

Bizim.Media xəbər verir ki, bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 24-nə təsadüf edəcək.

Od çərşənbəsi martın 3-ü, Yel isə 10-u qeyd ediləcək. Torpaq (İlaxır) çərşənbəsi isə matrın 17-nə təsadüf edir.

Ötən il Novruzun ilk çərşənbəsi fevralın 25-nə təsadüf etmişdi.

Novruz bayramı günləri isə 20-24 mart tarixlərini əhatə edəcək.

Qeyd edək ki, Novruz bayramı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilib və əsrlərdir Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsi kimi qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin