Hakimin bıçaqlanan gəlininin vəziyyəti AÇIQLANDI

Hazırda oxunan: Hakimin bıçaqlanan gəlininin vəziyyəti AÇIQLANDI

592954

Həyat yoldaşı tərəfindən bıçaqlanan 27 yaşlı Şəfiqə Ələkbərovanın vəziyyəti hazırda ağırdır.

Bizim.Media-ya bu barədə informasiya Kliniki Tibbi Mərkəzdən bildirilib.

Qeyd edilib ki, yanvarın 25-i saat 20:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xətai rayonundan təcili çağırış daxil olub: “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər qadın bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş yaraları diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunan 1999-cu il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin edilib.

Pasiyentə dərhal zəruri tibbi xidmətlər göstərilib. Hazırda pasiyentin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağır olaraq qiymətləndirilir”.

Mətbuatda yayılan məlumata görə, yanvarın 25-də Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlu Emin Əlizadə uşaqlarının gözü qarşısında həyat yoldaşına 20 bıçaq zərbəsi vurub.

E.Əlizadə hadisəni törədəndən sonra yaşadığı 10-cu mərtəbədən 16-cı mərtəbəyə qalxaraq gözləyib. Artıq hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrkən o, özünü 16-cı mərtəbədən yerə ataraq intihar edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin