SABAHIN HAVASI: Dağlıq rayonlarda yollar buz bağlayacaq

Hazırda oxunan: SABAHIN HAVASI: Dağlıq rayonlarda yollar buz bağlayacaq

592947

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Bizim.Media xəbər verir ki, havanın temperaturu gecə 2-4, gündüz 5-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 11-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin