Bakıda AİLƏ DRAMI: Arvadına xəsarət yetirdi, sonra isə özünü…

Hazırda oxunan: Bakıda AİLƏ DRAMI: Arvadına xəsarət yetirdi, sonra isə özünü…

592927

Yanvarın 25-də Xətai rayonu ərazisində Emin Əlizadə həyat yoldaşı Şəfiqə Ələkbərovanı qəsdən öldürməyə cəhd edib, daha sonra isə özünü hündürlükdən ataraq intihar edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

Hər iki faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Mətbuatda yayılan məlumata görə, yanvarın 25-də Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlu Emin Əlizadə uşaqlarının gözü qarşısında həyat yoldaşına 20 bıçaq zərbəsi vurub.

E.Əlizadə hadisəni törədəndən sonra yaşadığı 10-cu mərtəbədən 16-cı mərtəbəyə qalxaraq gözləyib. Artıq hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrkən o, özünü 16-cı mərtəbədən yerə ataraq intihar edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin