Özəl xəstəxanalara icbari tibbi sığorta ilə MÜRACİƏT edənlərin sayı AÇIQLANDI

Hazırda oxunan: Özəl xəstəxanalara icbari tibbi sığorta ilə MÜRACİƏT edənlərin sayı AÇIQLANDI

592925

2025-ci ildə özəl tibb müəssisələrində göstərilən tibbi xidmətlərin sayı 773 minə yaxın olub ki, bu da ötən illə müqayisədə təxminən 9 % artım deməkdir.

Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və hədəflər üzrə keçirilən mətbuat konfransında bildirib.

Sədr bildirib ki, il ərzində özəl tibb müəssisələrinə ümumilikdə 308 mindən çox göndəriş verilib:

"Bu göndərişlərin 85 %-i planlı, 15 %-i isə təcili xarakter daşıyıb. Planlı göndərişlərin ötən illə müqayisədə azalmasının əsas səbəbi radioloji xidmətlərin dövlət tibb müəssisələrində geniş şəkildə təmin olunmasıdır. Təcili göndərişlərdə isə əsas payı ürək-damar xəstəlikləri təşkil edib".

Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin