2025-ci ildə əhalinin 54 %-i icbari tibbi sığorta xidmətlərindən yararlanıb.
Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və hədəflərə dair keçirilən üzrə mətbuat konfransında deyib.
O bildirib ki, icbari tibbi sığorta çərçivəsində 15,8 milyon müraciət qeydə alınıb:
"2025-ci ilin ilk 9 ayı ərzində göstərilən tibbi xidmətlərin sayı 44,6 milyon təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 9 %-ə yaxın artım deməkdir"
Sədr qeyd edib ki, vətəndaşların icbari tibbi sığorta çərçivəsində ən çox üz tutduğu xidmətlər ixtisaslı həkim müayinələri, radioloji və USM xidmətləri, eləcə də ginekoloji xidmətlərdir.
Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:47 / 27.01.2026
İcbari tibbi sığortaya müraciətlər əsasən BU sahələr üzrədir
Hazırda oxunan: İcbari tibbi sığortaya müraciətlər əsasən BU sahələr üzrədir
Hazırda oxunan: İcbari tibbi sığortaya müraciətlər əsasən BU sahələr üzrədir
592924
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































