Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən obyektdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 560kv.m. olan istilik sistemləri satışı ilə məşğul olan dördmərtəbəli obyektin mansard hissəsində yanğın baş verdiyi və havanın küləkli olması səbəbindən yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən digər mərtəbələrə və bitişik yerləşən obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində obyektin mansardının yanar konstruksiyaları və rəflərə yığılmış santexnika malları 80kv.m. sahədə yanıb.
Obyektin böyük hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:50 / 27.01.2026
SON DƏQİQƏ! Əhməd Rəcəblidə güclü yanğın – ANBAAN VİDEO
Hazırda oxunan: SON DƏQİQƏ! Əhməd Rəcəblidə güclü yanğın – ANBAAN VİDEO
Hazırda oxunan: SON DƏQİQƏ! Əhməd Rəcəblidə güclü yanğın – ANBAAN VİDEO
592898
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































