Şəmkirdə dərədən meyiti tapılan kişini oğlu öldürüb - TƏFƏRRÜATLAR

Hazırda oxunan: Şəmkirdə dərədən meyiti tapılan kişini oğlu öldürüb - TƏFƏRRÜATLAR

592863

Xəbər verdiyimiz kimi Şəmkirin Zəyəm Cırdaxan kəndində sakini 1970-ci il təvəllüdlü Arif Nəbiyevin qətlə yetirilməsi ilə bağlı şübhələr meydana çıxıb.
 

MÖVZU İLƏ BAĞLI:

Şəmkirdə dərədən meyiti tapılan şəxsin qətlə yetirildiyi MƏLUM OLDU


Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 56 yaşlı kişinin başından küt alətlə vurulduğu ehtimal edilir.

Onun ölümü ilə əlaqədar bir sıra təfərrüatlar məlum olub. Qətl hadisəsinin A.Nəbiyevin yeniyetmə oğlu tərəfindən törətdiyi ehtimal olunur.
 

Məlumata görə, A.Nəbiyev ötən ilin iyulunda Rusiya Federasiyasından yaşadığı Zəyəm Cırdaxan kəndinə gəlib və burada yaşamağa başlayıb. Təxminən 4-5 gün öncə onun itkin düşməsi xəbəri yayılıb. Bu gün isə meyiti tapılıb.


56 yaşlı kişinin Rusiyada dünyaya gələn və onunla birlikdə Azərbaycana qayıdan oğlu tərəfindən qətlə yetirildiyi ehtimal olunur. Onun oğlunun ölkə ərazisini tərk etdiyi bildirilir.

Yeniyetmənin barəsində axtarış elan olunub. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin