Kəmalə Ağazadənin SON VƏZİYYƏTİ açıqlandı

Hazırda oxunan: Kəmalə Ağazadənin SON VƏZİYYƏTİ açıqlandı

592836

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadənin səhhəti ilə bağlı hazırkı vəziyyəti açıqlanıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Kəmalə Ağazadə xəstəxanaya YERLƏŞDİRİLDİ - FOTO


Bizim.Media-ya Azərbaycan Uşaqlar Birliyindən verilən məlumata görə, hazırda Kəmalə Ağazadənin Sabunçu Tibb Mərkəzində müalicəsi davam edir:

"Həkimlər onun vəziyyətini stabil olaraq qiymətləndirirlər. Səhhətində artıq müsbətə doğru irəliləyişlər müşahidə olunur. Göstərilən tibbi yardıma görə Sabunçu Tibb Mərkəzinə təşəkkürümüzü bildiririk. İnanırıq ki, yaxın zamanda Kəmalə xanım tam sağlamlığına qovuşacaq və uşaqlarımızın, eləcə də onu sevənlərin yanına dönəcək".

Qeyd edək ki, bir neçə gün öncə Kəmalə  Ağazadə səhhətində yaranmış narahatlıqla əlaqədar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin