Keçmiş hakim cərimələndi - FOTO

Hazırda oxunan: Keçmiş hakim cərimələndi - FOTO

592829

"Verdiktum" Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nüşabə Fərman qızı Ağayeva barəsində intizam tədbiri görülüb.

Bizim.Media unikal-a istinadən xəbər verir ki, bununla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyəti qərar verib.
 

Qərara əsasən, peşə fəaliyyətini həyata keçirərkən "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin və Vəkillər Kollegiyası Nizamnaməsinin tələblərini pozduğuna görə, vəkil Nüşabə Ağayeva Vəkillər Kollegiyasına ödənilən üzvlük haqqının 10 misli həcmində cərimə edilib.


Xatırladaq ki, Vəkillər Kollegiyasına aylıq üzvlük haqqı 72 manatdır. Beləliklə, N.Ağayeva 720 manat cərimə olunub.

Onu da qeyd edək ki, Nüşabə Ağayeva uzun illər məhkəmə hakimi işləyib. Daha sonra isə vəkillik fəaliyyətinə başlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin