Bakıdakı dəhşətli qətl dünya mediasına çıxdı

Hazırda oxunan: Bakıdakı dəhşətli qətl dünya mediasına çıxdı

59281
Dünya mətbuatı Azərbaycanda Pərvanə Nuriyeva adlı qızın bacısı Günelin boğazını kəsərək öldürməsindən yazır.

Axar.az xəbər verir ki, Türkiyə, İspaniya mətbuatında bu tükürpədici hadisə işıqlandırılıb.


İspaniya nəşri “Ragar Espana” Azərbaycanın LGBT (cinsi azlıqların təşkilatı) icmasına istinadən məqalə çap edib. Məqalədə qeyd edilir ki, cinayət homofobiya əsasında törədilib. Qız bacısının lezbiyan olduğu üçün boğazını kəsib.

“Ragar Espana” yazır ki, hüquq-mühafizə orqanları törədilən cinayətin qəddarlığından heyrətə gəliblər. “Bu cinayət LGBT nümayəndələrinə nifrətə əsaslanıb. Homofobiyaya son qoyun!”, - LGBT üzvləri öz manifestlərində bildiriblər.


Türkiyənin məhşur Doğan xəbər agentliyi, Hurriyet, Milliyet və Aksam xəbər portalları da bu olaya işıq salıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin