"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" TƏSDİQLƏNDİ

Hazırda oxunan: "Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" TƏSDİQLƏNDİ

592800

Prezident İlham Əliyev "Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və "Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması haqqında" 9 iyul 2024-cü il tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, fərmana əsasən, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi: Sisyemin aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və "Fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestri"nə daxil edilməsini və dövlət qeydiyyatının həyata keçirilməsini təmin etməlidir.

Nazirlər Kabineti isə fərmandan irəli gələn məsələləri həll etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin