6 yaşlı Ucal Səmədov “Düşen” əzələ distrofiyası xəstəliyindən əziyyət çəkir.
Bizim.Media xəbər verir ki, iki həftə öncə müayinədən keçirilən azyaşlı Ucala “Düşen” əzələ distrofiyası xəstəliyi diaqnozu qoyulub.
“Düşen” əzələ distrofiyası oğlanlarda baş verən, mütərəqqi əzələ zəifliyi və yorğunluğu, baldırların simmetrik psevdohipertrofiyası və digər əzələlərin simmetrik atrofiyası, sümük və oynaq deformasiyaları, ürək-damar və tənəffüs pozğunluqları ilə birləşən irsi sinir-əzələ xəstəliyidir.
Atası Nurlan Səmədovun bildirdiyinə görə bu xəstəliyin müalicəsi mövcuddur.
Hazırda dünyada qeydiyyatdan keçmiş Elevilis adlı preparatla azyaşlının müalicəsi mümkündür. Sadəcə çətinlik bu preparatın 2,9 milyon dollar (5 milyon manat) olmasıdır.
Atanın sözlərinə görə oğlunun xəstəliyi hər gün irəliləyir, əzələlərinin zəifləməsinə, səbəb olur və zamanla ölümə gətirib çıxarır. Məbləği isə toplamaq olduqca çətindir.
6 yaşlı Ucalın bu xəstəlikdən qurtulması üçün 5 000 000 manata ehtiyac var.
Ucalın müalicəsinə dəstək üçün:
ABB Bank: 4127 2081 1078 3726
WhatsApp: +994 50 200 44 69 — Nurlan Səmədov (atası)

Bizim.Media


































































































