İsraildən Azərbaycana gələn turistlərin sayı 2 dəfə artıb

Hazırda oxunan: İsraildən Azərbaycana gələn turistlərin sayı 2 dəfə artıb

592755

2025-ci ilin 11 ayında İsraildən Azərbaycana gələn turistlərin sayı 2 dəfə artıb. Hazırda həftədə 20 reys mövcuddur və bu sayın artırılması nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Gideon Saar ilə keçirilən brifinqdə söyləyib.

Nazir bildirib ki, görüşdə beynəlxalq və regional təhlükəsizlik məsələləri də müzakirə edilib.

“Yaxın Şərqdə və Qəzzada atəşkəsə dair fikir mübadiləsi apardıq. Biz sülhün bərqərar olunmasının və məsələlərin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıyıq” deyə C.Bayramov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin