“UTair” aviaşirkətinə məxsus Moskva–Gəncə istiqamətində həyata keçirilən UTA-743 saylı reys, təyinat məntəqəsində müşahidə olunan əlverişsiz hava şəraiti – duman səbəbindən hava gəmisinin kapitanının qərarı ilə ehtiyat hava limanı olaraq Heydər Əliyev Beynəlxalq Aeroportuna yönləndirilib.
Aeroportdan Bizim.Media-ya verilən məlumata görə, Boeing 737 tipli hava gəmisi yerli vaxtla saat 11:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz eniş edib.
Sərnişinlərin və uçuşun təhlükəsizliyi prioritet olaraq təmin olunub. Uçuşun davamı ilə bağlı qərar hava şəraitindən asılı olaraq “UTair” aviaşirkəti tərəfindən veriləcək.
Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən bütün zəruri əməliyyat prosedurları operativ şəkildə icra olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:07 / 26.01.2026
Moskvadan Gəncəyə uçan təyyarə Bakıya eniş etdi – SƏBƏB
Hazırda oxunan: Moskvadan Gəncəyə uçan təyyarə Bakıya eniş etdi – SƏBƏB
Hazırda oxunan: Moskvadan Gəncəyə uçan təyyarə Bakıya eniş etdi – SƏBƏB
592746
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































