Saat 11:00-dan 15:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Hazırda oxunan: Saat 11:00-dan 15:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

592708

Bu gün Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Azərişıq"dan Bizim.Media-ya verilən məlumata görə, yanvarın 26-da Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/6 kV-luq "Pirəkəşkül" yarımstansiyasında təmir işi aparılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan saat 15:00-dək Lələtəpə yaşayış massivi, Təzəkənd, Çaylı, Cəngi kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin