Mehdiabadda qaz xəttində qəza: Qəsəbə mavi yanacaqsız qaldı - VİDEO

Hazırda oxunan: Mehdiabadda qaz xəttində qəza: Qəsəbə mavi yanacaqsız qaldı - VİDEO

592666

Abşeron rayonunun Mehdiabad qəsəbəsində qaz xəttində baş vermiş qəza yanğına səbəb olub.

Bizim.Media xəbər verir ki, qəza səbəbindən qəsəbəni təmin edən əsas qaz infrastrukturu ciddi zədələnib.

Hazırda Mehdiabad qəsəbəsinin böyük bir hissəsinə mavi yanacağın verilişi dayandırılıb.
 

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, nazirliyin "112" qaynar xəttinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əhməd Cavad küçəsində qaz borusunda yanğın baş verməsi barədə məlumat daxil olub.


Məlumat əsasında əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.

Görülən tədbirlər nəticəsində yanğın söndürülüb. (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin