Martın 2-dək həyatınızda elə dəyişikliklər olacaq ki...

Hazırda oxunan: Martın 2-dək həyatınızda elə dəyişikliklər olacaq ki...

592627

Mars 2 mart tarixinədək Dolça bürcündə hərəkətdə olacaq. Bu dövr azadlıq uğrunda mübarizənin artdığı bir mərhələdir.

Bizim.Media xəbər verir ki, astroloq Dinçer Güner Marsın Dolça bürcünə keçidi ilə bağlı bütün bürclər üçün vacib təsirləri dəyərləndirib.

“Mars hərəkətə keçmək, risk, cəsarət və savaş enerjisini simvolizə edir. Enerjinin sərf olunduğu, rəqabətin və mübarizənin ön planda olduğu sahələri göstərir.
 

Mars Dolça bürcündə hərəkətdə olarkən elmi və texnoloji ixtiralar sürət qazanacaq. Lakin bununla yanaşı, texniki nasazlıqlar, aviasiya ilə bağlı ciddi problemlər də yarana bilər.


Bu mərhələdə bizi sıxan qayda və məhdudiyyətlərə qarşı daha tez və sərt reaksiya verə bilərik. Azad olmaq istəyi güclənəcək. Ancaq plansız və məqsədsiz üsyanlar nəticə verməyə bilər.

Bu dövr şəxsi həyatınızda inqilab yaratmaq üçün çox əlverişlidir. “Heç vaxt etmərəm” dediklərinizin gerçəkləşməsi mümkündür.
 

Risk tələb edən fəaliyyətlərdən uzaq durmaq faydalıdır. Məntiqimizə uyğun gəlməyən qaydaları qəbul etmək istəməyəcəyik. Subaylar üçün eşq dost çevrəsi və sosial mühitdən gələ bilər.


Zehin çox sürətli işlədiyi üçün sinir sistemi bunu izləməkdə çətinlik çəkə bilər: yuxusuzluq, ani “əsəb partlayışları” baş verə bilər”, - Güner bildirib. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin