Bakı şəhəri, Xətai rayonu ərazisində, Əhmədli qəsəbəsində yaşıllıq sahə məhv edilərək yerinə daş döşənib.
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a müraciət edən sakinlər bildiriblər.
Hadisə şahidləri və sakinlərin sözlərinə görə, məhv edilən yaşıllığın yerində restoranın tikiləcəyi ehtimal olunur:
"Təmizlik" işləri çox qısa zamanda icra edildi, yolayrıcındakı yaşıllıq ekskavatorun qabağına verilərək, ərazi tanınmaz hala salındı. Bir çox ağaclar texnika vasitəsilə məhv edildi, ərazi betonlandı və ağacların qırıldığı, çıxarıldığı yerlər də daxil olmaqla, həmin əraziyə daş döşəndi".
Məsələni araşdırmaq üçün Baku TV-nin çəkiliş qrupu qeyd olunan ünvanda olub.
"Çox istəyərdik ki, burada yaşıllıq olsun. Yəqin ki, ağacları kəsib, yerində hansısa obyekt, restoran tikəcəklər", - sakinlərdən biri deyib.
Sözügedən ərazidəki işçilər isə şikayətlərin əsassız olduğunu, ağacların kəsilmədiyini, abadlaşdırma işlərinin aparıldığını bildiriblər.
Vətəndaşlar həmçinin iddia ediblər ki, bu ərazi də əvvəllər çəpərlənərək restorana çevrilən sahənin taleyini yaşayacaq və hasarlanaraq həmin obyektə birləşdiriləcək.
İddialarla bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, Sarayevo küçəsində ərazi abadlaşdırılıb, heç bir ağac kəsintisi olmayıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:47 / 25.01.2026
Əhmədlidə AĞACLARIN KƏSİLMƏSİ ilə bağlı rəsmi qurumdan cavab
Hazırda oxunan: Əhmədlidə AĞACLARIN KƏSİLMƏSİ ilə bağlı rəsmi qurumdan cavab
Hazırda oxunan: Əhmədlidə AĞACLARIN KƏSİLMƏSİ ilə bağlı rəsmi qurumdan cavab
592600
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































