Füzuli rayonu ərazisində yolların buz bağlaması səbəbindən vətəndaşlar avtomobillərdə köməksiz vəziyyətdə qalıblar.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Bizim.Media-ya veirlən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən "Jeep" və "Mitsubishi" markalı minik avtomobillərinin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq köməklik göstərilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:18 / 25.01.2026
Füzulidə avtomobillərdə köməksiz vəziyyətdə qalan vətəndaşlara yardım göstərildi - VİDEO
Hazırda oxunan: Füzulidə avtomobillərdə köməksiz vəziyyətdə qalan vətəndaşlara yardım göstərildi - VİDEO
Hazırda oxunan: Füzulidə avtomobillərdə köməksiz vəziyyətdə qalan vətəndaşlara yardım göstərildi - VİDEO
592581
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































