SOCAR-ın əməkdaşı faciəvi şəkildə öldü - FOTO

Hazırda oxunan: SOCAR-ın əməkdaşı faciəvi şəkildə öldü - FOTO

592567

Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə srağagün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ 2106" markalı minik avtomobili yolu keçmək istəyən 1981-ci il təvəllüdlü İsmayılov Taleh Teyyub oğlunu vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Qeyd edək ki, iki uşaq atası olan T.İsmayılov SOCAR-ın Dalğıc və Qəza-Xilasetmə İdarəsində çalışıb. O, işdən qayıdarkən Ələt-Astara avtomobil yolunda nəqliyyat vasitəsindən düşərək evinə gedən zaman qəzanın qurbanı olub.

Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo.az



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin