Cəlilabadda keçmiş vəzifəli şəxsin meyiti tapıldı

Hazırda oxunan: Cəlilabadda keçmiş vəzifəli şəxsin meyiti tapıldı

592557

Cəlilabad rayonunda keçmiş vəzifəli şəxsin meyiti aşkar edilib.

Bizim.Media xəbər verir ki, 1976-cı il təvəllüdlü Rəşad Salmanovun meyiti rayon ərazisində yerləşən ata evində tapılıb.

Məlumata görə, mərhum 3 övlad atası olub. Bildirilir ki, yaxın vaxtlarda övladlarından birinin nişan mərasimi keçirilib.

Rəşad Salmanovun dayısı, vaxtilə Cəlilabad Rayon Təhsil (Maarif) İdarəsinin müdiri vəzifəsində çalışmış Ədalət Əsgərov olub.

O isə həmin idarənin mühasibi, sonra isə rayon mədəniyyət sektorunun müdiri vəzifələrində çalışıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Ölümün səbəbləri dəqiqləşdirilir.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin