"BakuBus" şirkətinə məxsus avtobusların katalizatoru oğurlanıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı cinayət məsuliyyətinə iki nəfər cəlb olunub.
Məlum olub ki, "BakuBus"ın Suraxanı rayonu, Zığ qəsəbəsində, eləcə də Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən avtoparklarındakı "Iveco" markalı avtobusların katalizatorları oğurlanıb.
Ümumilikdə 31 avtobusun katalizatorunun oğurlanması nəticəsində "BakuBus"a xeyli miqdarda ziyan dəyib.
Həmin avtobuslar 2015-ci ildə Avropa oyunları ilə əlaqədar olaraq Bakıya gətirilib. 2022-ci ildən isə avtobusların istismarı dayandırılıb. Buna səbəb həmin avtobusların ikinci əl ehtiyat hissələrinin çox məhdud sayda olması olub. Məhz bu səbəbdən Bakı şəhərində belə ehtiyat hissələri istehsal edən zavod yaradılıb və avtobusların yenidən istismarı planlaşdırılıb.
Sözügedən avtobuslar bəziləri Albalılıq adlanan ərazidə yerləşən qarajda, bəziləri isə Zığ qarajında saxlanılıb. Məsələ burasındadır ki, oğurluq edənlər qarajların mühafizəsinin təmin edilməsi ilə əlaqədar olaraq "BakuBus" tərəfindən elan edilmiş tenderin qalibi olan şirkətdə çalışıblar.
Cinayət hadisəsinin üstü sonradan avtobusların texniki baxış keçirilməsi zamanı açılıb.
Qeyd edək ki, cinayət hadisəsinə görə Şəmistan və Həsən adlı mühazifəçilər 2 il müddətinə azadlıqdan məhrum edilib. (teleqraf.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:18 / 24.01.2026
"BakuBus" avtobuslarının katalizatorları oğurlanıb, şirkətə xeyli ziyan dəyib
Hazırda oxunan: "BakuBus" avtobuslarının katalizatorları oğurlanıb, şirkətə xeyli ziyan dəyib
Hazırda oxunan: "BakuBus" avtobuslarının katalizatorları oğurlanıb, şirkətə xeyli ziyan dəyib
592500
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































