Çayı adətən içərəsinə müxtəlif əlavələr qatmaqla daha dadlı hala gətiririk. Burada şəkər, bal, limon və s. daxildir. Hətta çox faydalı məhsul belə çayla birlikdə düzgün istifadə edilmədikdə yalnız öz qiymətli xüsusiyyətlərini itirmir, hətta təhlükəli kanserogenə çevrilə bilər.
Bizim.Media orqanizm üçün zərərli olan çay əlavələrini təqdim edir:
Şəkərli çay
Alimlər bu qarışığa birmənalı yanaşmırlar. Statistik məlumatlara görə, çaya şəkər əlavə etməyi sevməyən xalqlarda onkoloji xəstəliklərə daha az rast gəlinir. Lakin bəzi mütəxəssislər hesab edirlər ki, bu daha çox qara çaya aiddir. Onların fikrincə, şəkər yaşıl çayın müsbət xüsusiyyətlərinə təsir etmir, əksinə, içkidə olan katexinlərin daha yaxşı mənimsənilməsinə kömək edərək müalicəvi təsiri gücləndirir. Dietoloqlar isə adətən çayı şirniyyatla içməyə qarşıdırlar. Onların fikrincə, bu halda “ölçü həddi” itir və çayla birlikdə konfetləri iki-üç dəfə daha çox yemək olur.
Südlü çay
Məlumdur ki, çayın tərkibində mühüm bir komponent – təbii və olduqca güclü antioksidant olan katexinlər var. Məhz katexinlər hüceyrələri zədələyən və onkoloji şişlərə səbəb olan sərbəst radikalların təsirini neytrallaşdırır. Çayda katexinlərin miqdarı bir çox tərəvəz və meyvələrdəkindən daha çoxdur. Bundan əlavə, katexinlər diabetin və ürək-damar çatışmazlığının inkişafını ləngidir. Lakin nəzərə almaq lazımdır ki, çaya süd əlavə etdikdə bu unikal müalicəvi təsirin bir hissəsi itir.
Səbəb ondadır ki, süd çayın antioksidant potensialına mənfi təsir göstərir. Buna görə də südlü çay damar sistemi üçün südsüz çay qədər faydalı deyil. Bu, alman alimlərinin apardığı bir sıra təcrübələrdən sonra sübut olunub: qara çay içənlərdə (xüsusilə sadəcə isti su içənlərlə müqayisədə) arterial təzyiq göstəriciləri nəzərəçarpacaq dərəcədə yaxşılaşırdı, lakin çayı süd ilə birlikdə içmək çayın müalicəvi təsirini demək olar ki, tamamilə aradan qaldırırdı. Bununla belə, bəzi həkimlər hesab edirlər ki, südlü çaya hələ tam qadağa qoymaq tezdir.
Ballı çay
Bal şəkərdən daha faydalıdır, lakin isti çayı balla içməyi sevənlər sağlamlıqlarını ciddi risk altına atırlar. Temperatur 40°C-dən yuxarı olduqda balın tərkibindəki qiymətli diastaza fermenti tamamilə parçalanır, daha yüksək temperaturda (60°C) isə bal kanserogenə çevrilir: tərkibindəki fruktoza oksidləşir və bu oksidləşmənin məhsulu mədə, bağırsaq və həzm sisteminin digər orqanlarında bədxassəli törəmələrin yaranmasına səbəb ola bilər. İsti çaya bal əlavə etmək qətiyyən tövsiyə olunmur.
Limonlu çay
Bal kimi, limonu da isti içkiyə əlavə etmək olmaz. Yüksək temperaturun təsiri altında limonda olan C vitamini və bir çox digər qiymətli maddələr tamamilə məhv olur. Limonun faydalı xüsusiyyətlərini qorumaq üçün onu dərhal çaya qatmaq olmaz. Bir az gözləmək, çayın azca soyumasına imkan vermək lazımdır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:22 / 24.01.2026
Çaya bunları ƏLAVƏ ETMƏYİN! - Doğru bildiyimiz yanlışlar
Hazırda oxunan: Çaya bunları ƏLAVƏ ETMƏYİN! - Doğru bildiyimiz yanlışlar
Hazırda oxunan: Çaya bunları ƏLAVƏ ETMƏYİN! - Doğru bildiyimiz yanlışlar
592482
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































