Bakı Slavyan Universitetində əməkhaqqı sistemi ilə bağlı YENİLİK – FOTO

Hazırda oxunan: Bakı Slavyan Universitetində əməkhaqqı sistemi ilə bağlı YENİLİK – FOTO

592462

Yanvarın 23-də Bakı Slavyan Universitetində (BSU) rektor Anar Nağıyevin sədrliyi ilə keçirilən Elmi şuranın növbəti iclasında BSU-da əmək nəticələrinə görə ədalətli ödənişi təmin etmək, professor-müəllim heyətinin motivasiyasını artırmaq, bacarıq fərqlərini nəzərə almaq, əmək məhsuldarlığını yüksəltmək, müəssisənin rəqabət qabiliyyətini artırmaq məqsədilə differensial əmək haqqının tətbiqi üzrə qaydalar hazırlanıb.

Bizim.Media xəbər verir ki, differensial əməkhaqqı sisteminin tətbiqi 3 hissədən ibarət bir proses olacaq və prosesin birinci mərhələsi (professor-müəllim heyəti üçün) 1 fevral 2026-cı ildən etibarən tətbiq olunmağa başlayacaqdır.

Qeyd edək ki, tətbiqi nəzərdə tutulan bu sistemin məqsədi BSU-da professor-müəllim heyətinin fəaliyyətini obyektiv meyarlar əsasında qiymətləndirmək, əməkhaqlarını diferensiallaşdırmaqla onların elmi-pedaqoji fəaliyyətlərinin universitetin inkişaf hədəflərinə uyğun şəkildə stimullaşdırılmasını gücləndirməkdir.






























































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin