26 gün əvvəl vurulan piyada xəstəxanada DÜNYASINI DƏYİŞDİ

Hazırda oxunan: 26 gün əvvəl vurulan piyada xəstəxanada DÜNYASINI DƏYİŞDİ

592423

Dekabrın 29-da Ağdaş rayonunun Pirəzə kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Bizim.Media-nın Aran bürosunun məlumatına görə, Tərlan Məmmədovun idarə etdiyi “VAZ-2115” markalı avtomobil yolu keçən piyada — 1974-cü il təvəllüdlü Oktay Əsədovu vurub.
 

Hadisə nəticəsində ağır xəsarət alan piyada dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, Oktay Əsədov dünən xəstəxanada dünyasını dəyişib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin