Gündəlik qida qəbulunun sayının iki dəfəyə endirilməsi şəkərli diabet xəstələri üçün adətən tövsiyə olunan altı dəfədən daha faydalıdır.
Bizim.Media xəbər verir ki, Praqada aparılan tədqiqatda 54 könüllüdən ibarət qrup araşdırılıb.
Onların yarısı gündə iki dəfə, digər yarısı isə altı dəfə qidalanıb. Hər iki qrupun rasionu kalori baxımından eyni olub. Məlum olub ki, birinci qrupun iştirakçıları daha tez və daha çox çəki itiriblər, həmçinin onların qanındakı şəkərin səviyyəsi azalıb.
Tədqiqatçıların fikrincə, bu nəticə az qidalanmanın diabetdən əziyyət çəkənlər üçün daha
rasional seçim olduğunu göstərən mövcud məlumatları təsdiqləyir.
Hazırda həkimlər bu cür xəstələrə gündə üç dəfə yemək yeməyi və əsas qida qəbulları arasında ara-sıra qəlyanaltı etməyi tövsiyə edirlər. Praqadakı Klinik və Eksperimental Tibb İnstitutunun alimləri 30–70 yaş arası, hərəsində 27 nəfər olmaqla iki qrup könüllü ilə işləyiblər.
12 həftə ərzində bir qrup altı dəfə qidalanıb (A-6 pəhrizi), digər qrup isə iki dəfə (B-2 pəhrizi).
Hazırda Çexiyada bu xəstələrə A-6 pəhrizinə riayət etmək tövsiyə olunur.
Hər iki pəhriz gündə orta hesabla 1700 kalori ehtiva edib. B-2 pəhrizi tətbiq olunan qrup səhər saat 6-dan 10-a və 10-dan 16-ya qədər qidalanıb, A-6 qrupu isə gün ərzində müntəzəm fasilələrlə yemək qəbul edib. B-2 qrupunun iştirakçıları A-6 qrupuna nisbətən orta hesabla 1,4 kq daha çox çəki itiriblər və onların bel dairəsi 4 sm daha çox incəlib.
Alimlərin sözlərinə görə, əldə olunan məlumatlar şəkərli diabetdən əziyyət çəkməyən, sadəcə arıqlamaq istəyən insanlar üçün də faydalı ola bilər.
Diabetes UK xeyriyyə təşkilatının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi doktor Riçard Ellis qeyd edir ki, bu nəticələr daha nadir, lakin daha dolğun qidalanmanın tez-tez qidalanmadan daha faydalı olması barədə əvvəlcədən mövcud olan fikirləri təsdiqləyir. Bununla belə, onun sözlərinə görə, bu nəticələrin qəti təsdiqi üçün daha çox pasiyentin iştirakı ilə yeni tədqiqatlara ehtiyac var.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:53 / 23.01.2026
Gündə iki dəfə qidalanma diabetin müalicəsinə KÖMƏK EDİR - ARAŞDIRMA
Hazırda oxunan: Gündə iki dəfə qidalanma diabetin müalicəsinə KÖMƏK EDİR - ARAŞDIRMA
Hazırda oxunan: Gündə iki dəfə qidalanma diabetin müalicəsinə KÖMƏK EDİR - ARAŞDIRMA
592358
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































