Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "Chevrolet" markalı 90-YD-239 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Elçin Aşurəliyev saxlanılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Bizim.Media-yaverilən məlumata görə, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə sürücünün nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:14 / 23.01.2026
Suraxanıda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
Hazırda oxunan: Suraxanıda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
Hazırda oxunan: Suraxanıda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
592352
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































