Azər Süleymanov vəzifəsindən AZAD EDİLDİ

Hazırda oxunan: Azər Süleymanov vəzifəsindən AZAD EDİLDİ

592330

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində kadr dəyişikliyi olub.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, bu barədə xidmət rəisi Orxan Nəzərli əmrlər imzalayıb.
 

Rəisin əmri ilə xidmətin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Süleymanov tutduğu vəzifədən azad edilib. Baş idarənin rəisi vəzifəsinin icrası rəis müavini Müzəffər Mikayılova həvalə olunub.


Xidmət rəisinin digər əmri ilə Baş İdarənin Təhlil şöbəsinin rəisi Fərid Hacıyev də vəzifəsindən azad edilib. Onun yerinə hələlik təyinat yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin