Leyla Səfərova vəzifəsindən azad edildi - YENİ TƏYİNATLAR

Hazırda oxunan: Leyla Səfərova vəzifəsindən azad edildi - YENİ TƏYİNATLAR

592281

“Bakı Metropoliteni” QSC-nin Təşkilati inkişaf şöbəsinin rəhbəri Leyla Səfərova vəzifəsindən azad edilib.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, L.Səfərova bu vəzifəyə ötən ilin aprel ayında təyin olunub.

O, bundan öncə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) layihə rəhbəri olub.

Əlavə olaraq, metroda Hərəkət xidmətinin rəisinə iki müavin təyin edilib. Bu vəzifələr Babək Əliyev və Toğrul Əliyevə həvalə olunub.
 

B.Əliyev bundan öncə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də Yük və kommersiya xidmətləri üzrə rəhbər müavini vəzifəsində çalışıb. T.Əliyev isə ADY-də Yük əməliyyatları xidmətinin rəhbəri olub.


Məlumat üçün deyək ki, Metropolitendə Hərəkət Xidmətinin rəisi Anar Zamanovdur. O, bu vəzifəyə ötən ilin iyun ayında təyin edilib.

Xatırladaq ki, bir müddət öncə QSC-nin Depolarla iş departamentinin rəhbəri Faiq Əhmədov da vəzifəsindən azad olunub. Onun yerinə sözügedən vəzifəyə Rəhman Kərimov gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin