Kibertəhlükəsizlik üzrə təlimlərə qeydiyyat ELAN EDİLİR

Hazırda oxunan: Kibertəhlükəsizlik üzrə təlimlərə qeydiyyat ELAN EDİLİR

592258

AKTA və CYBERSIGN şirkətinin birgə təşkilatçılığı ilə Mərkəzi Aran regionunda keçirilən təhsil layihəsi çərçivəsində təlimlərə 2026-cı ildə start verilir.

Bizim.Media xəbər verir ki, ilk təlimlər Saatlı rayonunda baş tutacaq.
 

Layihə çərçivəsində Mərkəzi Aran regionunun gəncləri kibertəhlükəsizlik sahəsində təlimlərdə iştirak edəcək, peşəkar və beynəlxalq statuslu ekspertlərin dəstəyi ilə zəruri biliklər əldə edəcək, o cümlədən CISCO Şəbəkə Akademiyası (“CISCO Network Academy”) beynəlxalq təlim platformasının təqdim etdiyi müasir tədris proqramlarından istifadə edəcəklər.


Qeyd olunmalıdır ki, bu təşəbbüs AKTA-nın regionlarda həyata keçirdiyi ilk pilot layihə olmaqla, gələcəkdə digər rayonlarda davam etdiriləcək.

Təlimlərə qeydiyyat üçün bu linkə keçid edə bilərsiniz.

Qeyd edək ki, müraciət üçün son tarix 15 fevral müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin