Xankəndi, Ağdam və Xocalıda təhsil müəssisələrində ilk dəfə dərslərə başlanıldı – FOTO

Hazırda oxunan: Xankəndi, Ağdam və Xocalıda təhsil müəssisələrində ilk dəfə dərslərə başlanıldı – FOTO

592252

Xankəndi, Ağdam və Xocalıda təhsil müəssisələrində ilk dəfə tədris prosesinə başlanılıb.

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində görülən işlər davam etdirilir.

Bu çərçivədə ilk dəfə olaraq Xankəndi şəhəri Kərkicahan qəsəbə 1 nömrəli körpələr evi-uşaq bağçasında, Ağdam rayonunun Xıdırlı kəndində və Xocalı rayonunun Ballıca kəndində yerləşən məktəbəqədər təhsil müəssisələrində tədris prosesinə başlanılıb.
 

Eyni zamanda, Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbində də dərslər ilk dəfə olaraq bərpa edilib və şagirdlər müasir təhsil şəraitində tədrisə cəlb olunublar.


Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Məhsimli təhsil müəssisələrinə baxış keçirib, yaradılan şəraitlə tanış olub və dərs prosesini izləyib.

O, müəllim və şagirdlərlə görüşərək onlara uğurlar arzulayıb, bölgədə təhsilin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.

Qeyd edək ki, azad edilmiş ərazilərdə müasir standartlara cavab verən təhsil müəssisələrinin yaradılması bölgəyə qayıdan əhalinin sosial rifahının yüksəldilməsinə mühüm töhfə verir.














Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin