Azərbaycanda robotik böyrək transplantasiyası HƏYATA KEÇİRİLƏCƏK

Hazırda oxunan: Azərbaycanda robotik böyrək transplantasiyası HƏYATA KEÇİRİLƏCƏK

592158

Yaxın zamanda Qafqaz regionunda ilk dəfə Azərbaycanda robotik cərrahiyyə əməliyyatı ilə böyrək transplantasiyasının icra olunması planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bunu Cərrahiyyə və Transplantasiya Mərkəzinin rəhbəri, Yeni Klinikanın direktor müavini Eldar Əhmədov Yeni Klinikada ilk dəfə icra olunan robotik cərrahi əməliyyata dair brifinqdə jurnalistlərin suallarını cavablayarkən deyib.

Onun sözlərinə görə, böyrək köçürülməsi əməliyyatının icrası üçün texniki bazadan başqa onu həyata keçirəcək mütəxəssisin təcrübəsi və lisenziya ala bilmək əsasdır:

“Təcrübəli mütəxəssisi tapıb lisenziya aldıqdan sonra böyrək köçürmə əməliyyatı Yeni Klinikada da həyata keçiriləcək. Artıq bunun üçün avadanlıq və texnikalar sifariş verilib, ölkəyə gətirilir. Bu isə ən uzağı 2-3 ay çəkəcək".

E. Əhmədov qeyd edib ki, orqan transplantasiya əməliyyatları üçün robotik cərrahiyə əməliyyatı çox doğru seçimdir. Çünki burada qan itkisi minimuma endirilir, risk azaldılır.

Qeyd edək ki, bu gün Yeni Klinikada ilk dəfə robotik cərrahi əməliyyatın icra olunub. Bu əməliyyət TƏBİB tabeli tibb müəssisələrində ilk dəfədir icra edilir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin