Tarix, ədəbiyyat, incəsənət birləşdirilir – Müəllimlərin taleyi necə olacaq?

Hazırda oxunan: Tarix, ədəbiyyat, incəsənət birləşdirilir – Müəllimlərin taleyi necə olacaq?

592145

Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyasında 2026-2030-cu illər ərzində mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə və Azərbaycanın mədəni dəyərlərinə dair fənn və biliklərin tədrisinin təmin edilməsi nəzərdə tutulur. Bu istiqamətdə atılan addımlardan biri olaraq tarix, ədəbiyyat və incəsənət fənləri birləşdirilir.

Bununla yanaşı fənlərin birləşməsi ilk növbədə yeni fənnin hansı ixtisas müəllimi tərəfindən tədris olunacağı, müəllim seçiminin hansı meyarlarla aparılacağı və mövcud pedaqoji kadrların gələcək taleyi ilə bağlı sualları gündəmə gətirir.
 

Məlumdur ki, tarix, ədəbiyyat və incəsənət ayrı-ayrılıqda dərin sahələrdir. Bu baxımdan yeni “mədəniyyət” fənninin hər üç istiqaməti əhatə edəcək səviyyədə tədrisi üçün müəllim hərtərəfli olmalıdır. Güman ki, müəllim seçimi təkcə bilik və bacarıqlarına deyil, həm də dünyagörüşünə, əlavə təlimlərdə iştirakına görə aparılar.


Digər mühüm məsələ xüsusi ixtisaslaşdırılmış müəllimlərin hazırlanıb-hazırlanmayacağıdır. Əgər bu fənn uzunmüddətli perspektivdə tətbiq olunacaqsa, hazırki fənn müəllimləri üçün təlimlərin təşkili zəruri görünür. Əks halda, mövcud müəllimlərin hazırlıqsızlığı tədrisin keyfiyyətinə mənfi təsir göstərə bilər.

Mövzu ilə bağlı sorğumuza Elm və Təhsil Nazirliyindən bildirildi ki, Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında Elm və Təhsil Nazirliyinin icraçılar siyahısında olduğu bütün tədbirlər, o cümlədən fənnlərin tədrisi ilə bağlı məsələlər digər icraçı qurumlarla birgə müzakirə olunur. Yalnız bundan sonra atılacaq addımlar müəyyənləşdiriləcək.

Lakin bu kriteriyaların konkret olaraq necə müəyyənləşdiriləcəyi hələlik açıq qalır. Hər halda tarix, ədəbiyyat və incəsənət fənlərinin birləşdirilməsi təkcə tədris proqramı deyil, həm də təhsil keyfiyyəti baxımından kompleks yanaşma tələb edir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin