Yüzlərlə uşaq nadir dəri xəstəliyi ilə ÜZ-ÜZƏ - Azərbaycanda “kəpənək” xəstəliyinin DƏHŞƏTLİ STATİSTİKASI

Hazırda oxunan: Yüzlərlə uşaq nadir dəri xəstəliyi ilə ÜZ-ÜZƏ - Azərbaycanda “kəpənək” xəstəliyinin DƏHŞƏTLİ STATİSTİKASI

592144

Azərbaycanda ixtioz və bullyoz epidermoliz diaqnozu qoyulan xəstələrin sayı açıqlanıb.

Bu barədə Bizim.Media-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən  (TƏBİB) məlumat verilib: 

Məlumatda qeyd olunub ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserində və Respublika Dəri-Zöhrəvi Mərkəzində ümumilikdə 843 nəfər ixtioz, 103 nəfər isə bullyoz epidermoliz diaqnozu ilə dispanser qeydiyyatındadır.
 

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2023–2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı”na uyğun olaraq, ixtioz və bullyoz epidermoliz xəstəlikləri üzrə pasiyentlərin müalicə və baxım ehtiyaclarının qarşılanması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.


Tədbirlər Proqramı çərçivəsində pasiyentlərin dərman preparatları, sarğı və baxım materialları ilə təminatı həyata keçirilir və bu təminat zamanı  qabaqcıl ölkələrin klinik təcrübəsində geniş istifadə olunan müasir müalicə və baxım vasitələrinə üstünlük verilir".

Qeyd edək ki, Səhiyyə sahəsində sosial layihələrin icrası çərçivəsində "İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi (PHŞ) tərəfindən ixtioz və bullyoz epidermoliz (kəpənək xəstəliyi) kimi ağır və nadir rast gəlinən dəri xəstəliklərindən əziyyət çəkən şəxslərin tibbi vasitələrlə təmin olunması məqsədilə 1,3 milyon manatlıq satınalma elan edilib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin