Bakıda “Kalaşnikov”u 5 min manata satmaq istəyən şəxs saxlanılıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
Bölməyə Neftçala rayon sakini, əvvəllər məhkum edilmiş Cahid Bağırovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
Həmin şəxs odlu silahı 5000 manata satmaq istəyən zaman saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 6 ədəd patron və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb.
Cahid Bağırov odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Araşdırma zamanı onun Yasamal rayonunda evlərdən birindən təmir-tikinti aləti oğurladığı da müəyyən edilib.
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı isə narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul Fərid Ayvazov və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Xəqan Yusupov saxlanılıblar.
Bu şəxslərin üzərindən heroin və metamfetamin aşkar edilib.
Əməliyyatlar zamanı saxlanılan hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:47 / 08.02.2022
Bakıda “Kalaşnikov”u 5 min manata satmaq istədi – POLİS SAXLADI - VİDEO
Hazırda oxunan: Bakıda “Kalaşnikov”u 5 min manata satmaq istədi – POLİS SAXLADI - VİDEO
Hazırda oxunan: Bakıda “Kalaşnikov”u 5 min manata satmaq istədi – POLİS SAXLADI - VİDEO
0:00
0:00
59212
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.