Savaş Özdemir Bakıda - VİDEO

Hazırda oxunan: Savaş Özdemir Bakıda - VİDEO

592110

Anadolu rock musiqisinin ruhunu səhnəyə daşıyan Savaş Özdemir canlı konsert proqramı ilə musiqisevərlərlə görüşəcək.

Bizim.Media xəbər verir ki, tədbir 06 fevral 2026-cı il tarixində “Hayal Kahvesi Baku”da
keçiriləcək.

Konsert saat 20:00-da başlayacaq və 22:00-dək davam edəcək. Musiqisevərləri canlı ifalar, yüksək səhnə enerjisi və Anadolu rock janrının sevilən nümunələri gözləyir.

Proqramdan sonra sənətçinin iştirakı ilə imza günü də təşkil olunacaq.

Konsertin bilet qiymətləri 30–50 manat aralığında müəyyən edilib.

Qeyd edək ki, məkanda Face Control tətbiq edilir və Smart Casual geyim tərzi tələb olunur.(İdman üslublu şalvar və şort geyinən şəxslərin məkana buraxılmasına icazə verilməyəcək.)

Savaş Özdemirin Bakı konserti Anadolu rock musiqisini sevənlər üçün mövsümün ən diqqətçəkən canlı ifalarından biri olacağı gözlənilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin