Azərbaycanda uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur

Hazırda oxunan: Azərbaycanda uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur

592104

Dövlət orqanlarından daxil olmuş materialların araşdırılması zamanı 6 halda 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi, 1 halda isə uşaqların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə yaradan işlərə cəlb edilməsi faktı aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev jurnalistlərin suallarını cavablandırarkən deyib.

Xidmət rəisi bildirib ki, bu pozuntulara görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında işəgötürənlərə ümumilikdə 9 300 AZN məbləğində inzibati cərimə tətbiq edilib:

"Eyni zamanda ƏMAS-da uşaq əməyinə nəzarət üzrə funksionallıqlar yaradılıb. Bununla yanaşı, uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsini nəzərdə tutan Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələri hazırlanaraq Nazirliyə təqdim edilib.

Həmçinin ƏMAS-da yaradılmış funksionallıq sayəsində 15 yaşdan aşağı olan şəxslərlə əmək müqaviləsinin bağlanmasına dair bildirişin qeydiyyata alınmasına imkan verilmir. Sistemdə bununla bağlı yeni funksionallıqlar yaradılıb".

Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin