Saatlıq əməkhaqqı sisteminə ilk bu şəxslər keçə bilər – Xidmət rəisindən AÇIQLAMA

Hazırda oxunan: Saatlıq əməkhaqqı sisteminə ilk bu şəxslər keçə bilər – Xidmət rəisindən AÇIQLAMA

592097

“Saatlıq əməkhaqqı sisteminə keçid hökumətə təqdim olunub. Bu məsələ hökumətdə müzakirələr çərçivəsindədir”.

Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Bizim.Media-nın əməkdaşının sualını cavablandırarkən deyib.

O bildirib ki, Xidmət tərəfindən mərhələli keçid nəzərdə tutulub:

"Saatlıq əməkhaqqı sisteminə keçid olduğu halda minimum aylıq əmək haqqı sistemi də qüvvədə qalacaq. Bir çox ölkələrdə həm saat hesablı, həm də minimum əmək haqqı sistemi qalır. Saatlıq əməkhaqqına birinci mərhələdə keçid üçün natamam əmək müqaviləsi ilə işləyənlər və bir ayadək əmək müqaviləsi bağlayan şəxslər nəzərdə tutulub. Bu istiqamət üzrə hökumətlə müzakirələr aparılır. Mənim dediyim sadəcə xidmətin etdiyi təklifdir. Son qanun layihəsi hökumətin müzakirəsindən sonra bəlli olacaq".

Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin