Anardan Zahid Sarıtorpağın istefasına reaksiya:"Gedənə "yaxşı yol" deyərlər"

Hazırda oxunan: Anardan Zahid Sarıtorpağın istefasına reaksiya:"Gedənə "yaxşı yol" deyərlər"

592087

"Gedib özü bilər, xoş getdi. Gedənə "yaxşı yol" deyərlər".

Bizim.Media xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev yazıçı-şair Zahid Sarıtorpağın qurumdan istefasına münasibət bildirərkən deyib.

Sədr AYB üzvünün istefasının səbəbini bilmədiyini bildirib:

"Özündən soruşun. Ərizə verirlər, baxırıq, layiq olanlar sıralarımıza qəbul olunur. Kimsə çıxmaq istəsə, deyirik xoş gəldin. Çıxmaq istəyib, lap yaxşı, özü bilər, xoş getdi".

Anar Rzayev AYB-dən istefalara reaksiyası belə olub: "Elə bilməsinlər ki, Yazıçılar Birliyi bununla nəsə itirir, əsla".

Qeyd edək ki, yazıçı-şair Zahid Sarıtorpaq Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən istefa verib. O bildirib ki, AYB üzvlüyündən istefa verməsi qurumun ondan tələb etdiyi üzvlük haqqı ilə bağlı deyil:

"37 ildir bu qurumun üzvü idim. Getməyim heç də üzvlük haqqı ödəməklə bağlı deyil, o cüzi məbləğdir, lazım bilsəydim, ödəyərdim. Səbəblər var, sadəcə, açıb-ağartmıram". (Qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin