Yaşayış binasındakı təkər satışı anbarı bağlandı – VİDEO

Hazırda oxunan: Yaşayış binasındakı təkər satışı anbarı bağlandı – VİDEO

592085

Bakının Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 35 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsində tikinti normalarının yanğın əleyhinə tələblərinin pozularaq avtomobil şinlərinin satışı anbarının fəaliyyət göstərdiyi aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, qanunvericiliyə uyğun olaraq sahibkar qarşısında obyektin yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblər qoyulub və görülmüş tədbirlər nəticəsində avtomobil şinləri ərazidən daşınaraq yanğın təhlükəsi aradan qaldırılıb.

Nazirlik bir daha sahibkarlara və çoxmərtəbəli yaşayış binalarının yanğın təhlükəsizliyinə cavabdeh şəxslərə müraciət edərək binaların qeyri-yaşayış sahələrində tikinti normalarının yanğın əleyhinə tələblərinə zidd olan fəaliyyət növlərinin həyata keçirilməsinin yolverilməz olduğunu xatırladır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin