Onkoloji xəstələr müvafiq dərman vasitələri ilə TƏMİN OLUNACAQ

Hazırda oxunan: Onkoloji xəstələr müvafiq dərman vasitələri ilə TƏMİN OLUNACAQ

592078

Onkoloji xəstələrin hüquqları artırılıb.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, onkoloji xəstələr dövlət tibb müəssisələrində müalicə olunduqda siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dərman vasitələri ilə təmin olunacaqlar.

Mövcud qanuna əsasən, onkoloji xəstələr onlara tibbi yardım göstərilərkən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dərman vasitələri ilə təmin olunurdular.

Yəni qanun qəbul olduğu halda onkoloji xəstələr dövlət tibb müəssisələrində müalicə olunduqda da dərman vasitələri ilə təmin olunacaqlar.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin