Bakıda dəhşətli QƏZA: Qadını maşın vurub öldürdü – ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda dəhşətli QƏZA: Qadını maşın vurub öldürdü – ANBAAN VİDEO

592073

Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində səhər saat 7 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Paytaxt sakini Şəhriyar Qurbanzadənin idarə etdiyi “Mercedes” markalı avtomobil yolu müəyyən olunmamış yerdən keçməyə çalışan Nuridə Vəliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, yeni həftənin ilk günlərində piyadaların vurulması ilə bağlı 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, onlardan 4-ü ölümlə nəticələnib. “Aparılan təhlillər göstərir ki, həmin hadisələrin əksəriyyəti sutkanın qaranlıq vaxtında, yaşayış məntəqələrində baş verib və əsas səbəblər piyadaların yolu müəyyən edilməmiş yerlərdən keçməsi, təhlükəsizlik tələblərinə laqeyd yanaşması ilə bağlı olub”, - deyə məlumatda vurğulanıb.

Bir daha diqqətə çatdırılıb ki, yol hərəkəti bütün iştirakçılar üçün ümumi istifadə məkanıdır və burada müəyyən edilmiş qaydalar hər kəs üçün məcburidir. “Yol hərəkəti qaydalarına əməl etməmək yalnız öz həyatını deyil, eyni zamanda, digər hərəkət iştirakçılarının taleyini də təhlükə altına qoyur. Piyadaların üzərinə düşən ən sadə, lakin həyati əhəmiyyət daşıyan tələb yolu yalnız müəyyən olunmuş keçidlərdən və diqqətli şəkildə keçməkdir. Həmin qaydalara riayət edilməməsi ağır və geridönüşü olmayan nəticələrə səbəb ola bilər. Hörmətli piyadalar, unutmayın ki, yol hərəkəti qaydalarına biganə yanaşma faciə riskini artırır. Təhlükəsizlik hər kəsin şəxsi məsuliyyətidir”, - deyə məlumatında qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin